IQNA

23:46 - August 15, 2020
Xəbər sayı: 3487892
Hicri təqvimi ilə 10-cu il, zilhiccə ayının 24-cü günü Əhli-beyt (ə) və Nəcran xristianları arasında baş verən Mübahilə gününə təsadüf edir.

Deyerler.org xəbər verir ki, bu günlər Əhli-Beytin (ə) fəzilət bayramı kimi qeyd olunur.

Digər tərəfdən də Əhli-beytin (ə) şəninə “Təthir” ayəsinin nazil olması da, bu günə təsadüf edir. Həmin ayə nazil olanda Peyğəmbər (s), Əli (ə), Fatimə (s.ə), Həsən (ə) və Hüseyni (ə) çağırıb buyurdu: “Ey Allah, bunlar mənim əhlimdir (Əhli-Beytimdir)”.

Bu gün Əmirəlmöminin (ə) Peyğəmbər (s) məscidində rüku halında üzüyünü bir dilənçiyə bağışladı və bu mübarək ayə nazil olub: “Sizin başçınız və işlərinizin ixtiyar sahibi təkcə Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) namaz qılır və rükuda olduqları halda zəkat verirlər”.

Bu gün, Əmirəlmöminin (ə), həzrət Fatimə (s.ə), İmam Həsən (ə) və İmam Hüseyn (ə) şəninə “İnsan” surəsi və “Həl əta” ayəsi nazil olub.

Bu hadisə, onların üç gün oruc tutub iftarlarını miskin, yetimə və əsirə verdikləri üçün baş verib və onlar üçün cənnətdən yemək nazil olub. Digər bir rəvayətə əsasən mübarək surə, zilhiccə ayının 25-i nazil olub.

Əhli-Beyt (ə) aşiqləri Fəzilət bayramı günlərində İmam Əlinin (ə) pak hərəmini ziyarət ediblər. Sübh saatlarından etibarən müqəddəs ziyarətə gələn zəvvarlar şükür dualarını oxuyublar. Deyerler.org

Fəzilət bayramı münasibətilə Əhli-Beytin (ə) aşiqləri İmam Əlinin (ə) hərəminə axışdı

Ad:
E-poçt:
* Comment:
* captcha: