İran, Pakistan, Hindistan və Nigeriya müsəlmanları Fransanın Şarli Hebdo jurnalının İslam Peyğəmbərini (s) təhqir etməsinə qarşı çıxaraq küçələrə axışıb, kəskin şəkildə qınayıblar.
Deyerler.org xəbər verir ki, Fransanın jurnalı Şarli Hebdo jurnalının İslam Peyğəmbərini (s) təhqir etməsindən sonra Tehran xalqı bu çirkin hərəkətə reaksiya vermək üçün sentyabrın 9-u Fransa səfirliyi qarşısında toplaşıb. Etirazçılar daha sonra Fələstin meydanına doğru yürüş keçiriblər.
Etirazçılar əllərində ABŞ və İsrail rejimini bu çirkin əməldə ittiham edən plakatlar daşıyaraq “ABŞ-a, İsrail rejiminə ölüm!” şüarlarını səsləndiriblər.
İranın bəzi digər şəhərlərində xalq Fransa jurnalının İslam Peyğəmbərini (s) təhqir etməsinə qarşı oxşar etirazlarla qınayıblar.
Fransanın Şarli Hebdo jurnalının İslam Peyğəmbərini (s) təhqir etməsi Hindistanın Mumbai şəhərlərində də müsəlmanların qəzəbinə səbəb olub. “Peyğəmbərimizdən (s) əlinizi çəkin” şüarı ilə keçirilən mitinqdə, İslam Peyğəmbərinə (s) qarşı təhqirin bütün müsəlman ümmətinin təhqir edilməsi olduğu bildirilib.
Fransanın Şarli Hebdo jurnalının İslam Peyğəmbərini (s) təhqir etməsi Pakistanın müxtəlif şəhərlərində də etiraz doğurub.
Sentyabrın 8-i Pakistanın Xeybər Paxtunxva əyalətinin müxtəlif bölgələrindən Pişəvərə toplaşan on minlərlə müsəlman, Fransa, İsveç və Danimarkadakı digər nəşrlərə Muhəmməd (s) peyğəmbəri təhqir edən karikaturaları yayımlamamaq barədə xəbərdarlıq ediblər.
Nigeriya İslam Hərəkatı paytaxt Abuca başda olmaqla ölkənin bir çox şəhərində küçələrə çıxaraq, Fransanın Şarli Hebdo jurnalının İslam Peyğəmbərini (s) təhqir etməsini qınayıblar. Etirazçılar Fransa bayrağını da yandırıblar.