IQNA

0:51 - September 24, 2020
Xəbər sayı: 3488181
Yəmən Milli Qurtuluş Hökumətinin İnsan Hüquqları Nazirliyi 2015-ci ilin martından 2020-ci ilin avqustuna qədər Səudiyyə rejiminin koalisiyasının Yəmənə qarşı cinayətlərinin statistikasını açıqlayıb.

Yəmən Milli Qurtuluş Hökumətinin İnsan Hüquqları Nazirliyinin bu gün (23 sentyabr) təqdim etdiyi statistikaya əsasən, Səudiyyə rejimi-BƏƏ koalisiyasının 6 ildir davam etdirdiyi təcavüzkar hücumlarda 16771 dinc sakin həlak olub və 26359 nəfər yaralanıb. Ölən və yaralananlardan 5345 qadındır. Bu hücumlarda 3747 uşaq həlak olub, 4000 uşaq da yaralanıb.

Hücumlar nəticəsində 4 milyon 147 mindən çox yəmənli evlərindən düdərgin düşüb. Koalisiyanın nəzarətindəki bölgələrdə mindən çox mülki şəxs qaçırılıb və həbs edilib.

Mülki yaşayış ərazilərinə minlərlə quru, dəniz və hava hücumları həyata keçirilib. 47-dən çox media təşkilatı və 28 radio və televiziya stansiyası dağıdılıb. 41-dən çox məhkəmə, 131 idman mərkəzi, 364 turizm mərkəzi və 2023 xidmət mərkəzi darmadağın edilib. 1324 məscid və 417 qədim və tarixi abidə dağıdılıb.

486 xəstəxana və sağlamlıq mərkəzi məhv edilib, 92 təcili yardım maşını hədəfə alınıb. 3722-dən çox təhsil mərkəzi məhv edilib və 4 milyon 435 min şagird təhsildən məhrum edilib.

348 fabrik, 5 buğda anbarı və 763 yanacaqdoldurma məntəqəsi məhv edilib. 14 liman, 9 hava limanı məhv edilib və 4 mülki təyyarə bombalanıb.

4718-dən çox balıqçılıq mərkəzi məhv edilib. 2298 su təchizatı şəbəkəsi və mərkəzi, 538 elektrik stansiyası və şəbəkəsi məhv edilib.

Müharibə və mühasirə nəticəsində 24,3 milyon yəmənli yardıma möhtac vəziyyətə düşüb, 7 millyon 270 min nəfər evsiz qalıb.

Sanaa hava limanının bağlanması səbəbindən 350.000 yəmənli xaricdə müalicə almaq imkanından məhrum edilib, onlardan 42.000 nəfər bu səbəblə həyatını itirib.

Orta yoxsulluq 85%, orta işsizlik isə 65%-ə qədər artıb. 1,2 milyon işçi maaşlarından məhrum olub.

13324 kənd təsərrüfatı mərkəzi, 11610 əkinçilik ərazisi və 41610 arıçılıq təsərrüfatı məhv edilib. 

/3925022

Ad:
E-poçt:
* Comment:
* captcha: