IQNA

12:52 - September 26, 2020
Xəbər sayı: 3488196
Tehran (IQNA)  - Yeni Zelandiyada Kraystçerç (Christchurch) şəhərinin Noor və Linvud məscidinə edilən terror hücumu zamanı şəhid olan 51 müsəlmanın xatirəsinə memorial abidə ucaldılıb.

Abidənin açılış mərasiminə Yeni Zelandiyanın baş naziri və İşçi partiyasının rəhbəri xanım Casinda Ardren də qatılıb. O, cəmiyyət arasında müsəlman baş örtüyü ilə çıxıb.

O, mərasimdə hadisə qurbanlarının ailələrinə başsağlı verərək deyib: Yeni Zelandiya dövləti irqçilik, ictimai nifrət yaratmaq və islamofobiya əleyhinə təbliğat üçün daha çox büdcə ayrılacaq və yeni qanunlar qoyulacaq.

Mərasimdə iştirak edən müsəlmanlar dini örtükdə olan baş nazir ilə xatirə şəkili çəkdiriblər və baş nazirdən Nur məscidi qurbanlarının şəhid olduqları günün təqvimə salınması və həmin günün irqçilik və islamofobiya ilə mübarizə günü elan edilməsini istəyiblər. /3925189

 
Ad:
E-poçt:
* Comment:
* captcha: