Əhli-Beyt (ə) məktəbinin davamçıları və İmam Hüseyn (ə) aşiqləri 1442-ci ilin ƏRBƏİN mərasimi münasibəti ilə İraqın müxtəlif əyalət və şəhərlərindən Kərbəla səmtinə piyada yürüş edirlər.
İraqın əl-Müsənna, Meysan, Ziqar və Bəsrə əyalətlərinin müxtəlif şəhər və kəndlərindən olan İmam Hüseyn (ə) aşiqləri havanın istisinə və koronavirus pandemiyasının təhlükəsinə baxmayaraq Kərbəla səmtinə yola düşüblər.
Zəvvarların piyada getdikləri yollarda mukib və heyətlər əzadarlıq məclisləri qurur və Kərbəla zəvvarlarına xidmət edərək İmam Hüseynə (ə) olan eşqlərini əməl meydanında cilvələndirirlər. /3927195