IQNA

17:03 - October 07, 2020
Xəbər sayı: 3488316
Koronavirus pandemiyasına görə dünyanın müxtəlif ölkələrindən ƏRBƏİN yürüşündə iştirak edə bilməyənlər "Ərbəin ziyarəti"ni oxumaq üçün sosial şəbəkə və evlərdə ziyarət kampaniyasına balayıblar.

Hər il milyonlarla zəvvarın iştirakı ilə Ərbəin yürüşü baş tuturdu, bu il koronavirus pandemiyası ilə əlaqədar dünyanın müxtəlif ölkələrindən bu yürüşdə iştirak edə bilməyən Əhli-beyt (ə) aşiqləri Ərbəin ziyarətini oxumaq üçün sosial şəbəkələrdə "evlərdə Ərəin ziyarəti" kampaniyasına start veriblər. 
“#Sənə_uzaqdan_salam” həştəqi ilə  başladılan kampaniyada  Ərbəin günü (08 oktyabr 2020-ci il) səhər saat 10-da hər kəs “Ərbəin” ziyarətnaməsini oxumağa dəvət olunur. 
İran İslam Respublikasının İslami Təbliğat Koordinasiya Şurasının təşəbbüsü ilə başladılan bu kampaniya İranın milli televiziya və radiosu və sosial şəbəkələrdən canlı yayımlanacaq. 
Qeyd edək ki, İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah Ənsari olmuşdur. Bir hədisdə nəql olunur ki, imam Sadiqdən (ə) soruşdular: “İmam Hüseyni (ə) ziyarət etmək üçün xüsusi vaxt vardır ki, başqa vaxtlardan daha üstün olsun?” O həzrət buyurdu: “Hər zaman o həzrəti ziyarət etməyə tələsin. Çünki o həzrəti ziyarət etmək xeyir gətirər və hər kəs onu daha çox ziyarət etsə, daha çox xeyir əldə edər... O həzrəti mübarək vaxt və günlərdə ziyarət etməyə çalışın, çünki o zaman saleh əməllərin savabı artırılar və mələklər o həzrəti ziyarət etmək üçün səmadan yerə enərlər...”.
Ad:
E-poçt:
* Comment:
* captcha: