Bu ilin (2020/1442) ƏRBƏİN mərasimində koronavirus məhdudiyyətinə görə xarici zəvvarların iştirakı baş tutmadı.
Buna baxmayaraq İraqın hər xarici ölkədən 1500 nəfərin iştirakına icazə verməsinin ardınca dünyanın 8 ölkəsindən 20 mukib ƏRBƏİN mərasimində iştirak edib və zəvvarlara xidmət göstəriblər.
İmam Hüseyn (ə) və Həzrət Abbas (ə) hərəmlərinin "İslam dünyasının şəair və mukiblər şöbəsi"nin bu barədə verdiyi məlumata əsasən cari ilin ƏRBƏİN mərasimində dünyanın müxtəlif ölkələrindən və müxtəlif dinlərindən, o cümlədən mandayi, eyzədi və xristianlardan, məhdud sayda dini şəxsiyyətlər və alimlər də iştirak ediblər.
ƏRBƏİN mərasimində İngiltərə, İsveç, Hindistan, Pakistan, Nigeriya, Ərəbistan, Livan və Küveytdən gələn zəvvarların təşkil etdiyi 20 mukib iştirak edib. /3928176