IQNA

11:22 - October 14, 2020
Xəbər sayı: 3488361
İran dövlətinin sözçüsü Gəncənin vurulmasından təəssüf hissi ifadə edərək deyib: Gəncədə bir qrup günahsız qadın, uşaq və əhalinin qanına qəltan olunması atəşkəsin pozulmasının kulminasiya nöqtəsi idi.

Əli Rəbii İranın Qarabağda savaşın dayandırılmasını himayə etdiyini bildirərək, İran İslam Respublikasının Qarabağ münaqişəsində iştirak edən iki ölkə arasında gərginiliyin azaldılması və böhranın həllinə kömək və vasitəçilik etməyə hazır olduğunu bildirib.

O əlavə edib: Ötən həftə xoşbəxtlikdən, diplomatik anlaşmalar spektrində Azərbaycan Respublikası və Ermənistan Respublikası humanitar atəşkəs barədə razılığa gəldilər. Əlbəttə, bu arada kədərli bir atəşkəs pozulmasının şahidi olduq ki, Gəncədə bir qrup günahsız qadın, uşaq və əhalinin qanına qəltan olunması onun kulminasiya nöqtəsi idi. Nizami Gəncəvinin şəhəri onun Azərbaycan Respublikasına aid olmasının kənarında fars ədəbiyyatı və dünya ədəbiyyatı və mədəniyyəti qalaktikasında parlayan bir ulduzdur.

Dəfələrlə dediyimiz kimi, biz Azərbaycan Respublikası ilə Ermənistan arasında müharibənin dayanmasına, atəşkəsin bərqərarına, insanların öldürülməsinin qarşısının alınmasına səbəb olacaq hər cür təşəbbüsü himayə edirik. Bu istiqamətdə döyüşlərin başlandığı ilk zamandan və ölkəmizin prezidenti və xarici işlər nazirinin Ermənistan və Azərbaycan Respublikasında öz həmkarları, regiondakı digər ölkələrin rəsmiləri ilə danışıqları gedişində, həmçinin ölkəmizin sair məsul şəxslərinin mövqe tutmaları ilə İran İslam Respublikası iki ölkə arasında gərginliyin azaldılması və böhranın həllinə kömək və vasitəçilik istiqamətində öz hazırlığını elan edibdir.

İran döyüşən tərəflər və digər regional tərəflər də daxil olmaqla bu məsələ ilə bağlı bütün tərəflər və aktivistlərlə səmimi əlaqələrə malik olan az sayda fəallardan biridir. Bu cəhətdən, xüsusi mövqeyə və mühüm bir vəzifəyə malikik. Bu əsasda ikitərəfli surətdə hər iki paytaxtla intensiv əlaqəyə malik olmağa çalışqıq. Öncəki düzgün siyasətlərə görə, eyni əlçatanlıq mövcuddur və biz regional aktivistlərlə əlaqəyə malik olmağa səy göstərdik. Biz Dağlıq Qarabağda düşmənçiliklərin dayandırılmasını sülh istiqamətində atılan bir addım kimi alqışlayırıq və öz qonşularımızdan istəyirik ki, beynəlxalq hüquqlara və ərazi bütövlüyünə hörmətlə ciddi danışıqlarda iştirak etsin və sülh və diplomaiyaya doğru atılan ilkin addımları və atəşkəsi pozacaq hər cür hərəkətdən çəkinsinlər.

İran İslam Respublikası dövlətinin mülki şəxslərin öldürülməsindən dərin təəssüf və nigarançılıq hissi keçirməsini elan etməyi, həmçinin ölkələrimizin xalqlarının və regionun hər zamandakından daha çox sülh və asayişə ehtiyac duyduqları bir vaxtda bu hadisələrin təkrar edilməməsi vacibliyinə təkid etməyi zəruri sayırıq. / 3929067

Teqlər: Gəncə ، atəşkəs ، sülh
Ad:
E-poçt:
* Comment:
* captcha: