IQNA

İşğalçı İsrail rejimi yenə Qəzzanı bombaladı

10:50 - October 23, 2020
Xəbər sayı: 3488428
İşğalçı rejim iddia edib ki, hücum Qəzza zolağından Fələstinin işğal olunmuş ərazisinə raketlərin atılmasına cavab olaraq həyata keçirilib.

Sionist İsrail rejiminin ordusunun qırıcı təyyarələri Qəzza zolağına yenidən aviazərbələr endirib. 
IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) əl-aləmə istinadən xəbər verir ki, işğalçı rejim iddia edib ki, hücum Qəzza zolağından Fələstinin işğal olunmuş ərazisinə raketlərin atılmasına cavab olaraq həyata keçirilib.
Qeyd edilir ki, hava zərbələri HƏMAS-ın hərbi mövqelərinə endirilib.
Fələstin mənbələrinin məlumatına görə, işğalçı rejim  Qəzzada bir neçə mövqeni bombalayıb.  Dinc sakinlərin əkin sahələri və evlərinə ziyan dəyib. 
Müqavimət qüvvələri işğalçı rejimin hücumuna cavab olaraq Qəzza zolağından Fələstinin işğal olunmuş ərazisinə raket zərbələri endirib. /3930823
captcha