IQNA

21:28 - October 24, 2020
Xəbər sayı: 3488435
Sudan ilə İsrail rejimi arasında münasibətlər qurmaq üçün razılaşma elan olunduqdan sonra, paytaxt Xartumda xalq bu razılaşmaya etiraz etmək üçün küçələrə çıxıb.
Sudan ilə İsrail rejimi arasında münasibətlər qurmaq üçün razılaşma elan olunduqdan sonra, paytaxt Xartumda xalq bu razılaşmaya etiraz etmək üçün küçələrə çıxıb.
Onlarla insan Xartumda “İsrail rejimi ilə barışmaq olmaz” şüarlarını səsləndirərək, Sudanın keçid hökumətinin sionist rejimlə münasibətlər qurmasına etiraz edib.
Ağ Ev oktyabrın 23-ü ABŞ-ın prezidenti Donald Trampın İsrail rejimi və Sudanın münasibətlərini yaxşılaşdırmağa razı olduqlarını elan etdiyini açıqlamışdı.
Ancaq Sudan Xarici İşlər Nazirliyi cümə günü razılaşmanın elan edilməsindən sonra belə bir bəyanat verdi: “İsrail rejimi ilə razılığa gəldik, ancaq keçid parlamenti qəbul edib etməyəcəyinə qərar verəcək”. /deyerler /
 
 
 
 
 
Teqlər: sudan ، İsrail ، xartum
Ad:
E-poçt:
* Comment:
* captcha: