IQNA

8:15 - October 26, 2020
Xəbər sayı: 3488453
Tehran (IQNA)  - Hindistanın paytaxtı Yeni Dehli şəhərinin İslam Mərkəzində İran İslam Respublikasının Mədəniyyət Əlaqələri Mərkəzinin təşəbbüsü ilə XXI Quran hifzi və qiraəti yarışları keçiriləcək.

Tehran (IQNA)  - Hindistanda İran İslam Respublikasının Mədəniyyət Əlaqələri Mərkəzinin təşəbbüsü ilə XXI Quran hifzi və qiraəti yarışları keçiriləcək.

Vəhdət həftəsi münasibəti ilə keçirilən bu yarışlarda koronavirusun yaratdığı məhdudiyyətləri səbəbi ilə təkcə Dehli və ətraf rayonlardan Quranın hifzi və peşəkar qiraəti ixtisasları üzrə əlli nəfər rəqabət aparacaq.

Bu yarışların yekun mərasimi sanitariya protokollarına riayət etmək şərti ilə Noyabr ayının 3-də Dehlinin İslam Mərkəzində keçiriləcək.

Quran yarışları çərçivəsində vəhdət həftəsi münasibəti ilə "Məhəmməd Rəsulullah (s)" mövzusunda Fars və Urdu dillərində yazılmış şeirlər əsasında hüsnxətt festivalı da keçiriləcək və festivalın qaliblər mükafatlandırılacaqdır.  

Bundan əlavə Peyğəmbərin (s) miladı günlərində Hindistanda Peyğəmbər (s) barəsində Fars və Ərəb dilində yazılmış mədhiyyə və şeirlər vebinarı keçiriləcək. /3930992

Ad:
E-poçt:
* Comment:
* captcha: