Tehran (IQNA) - Bu gün (1 Noyabr 2020) yerli vaxtla saat 13:00-dan 15:00-dək İngiltərənin London şəhərinin İslam Mərkəzində beynəlxalq "İslami vəhdət-2020" konfransı keçirilir.
Konfransda onlarla şiə və sünni alimləri və mütəfəkkirləri iştirak edilər.
Virtual keçirilən beynəlxalq konfransın hədəfi şiə və sünni alimlərinin vəhdətyönlü əlaqələrini dərinləşdirmək və genişləndirməyin yollarının araşdırılmasıdır.
Konfrans şiələrin təqlid mərcəsi Həzrət Ayətullah Üzma Nasir Məkarim Şirasinin xüsusi mesajının qiraəti ilə başlayacaq.
Dinlər və məzhəblər arası dialoq yolunda böyük zəhmətləri olan Ayətullah Təsxirinin xatirəsi anıldıqda sonra isə şiə və sünni alimləri, o cümlədən İngiltərə İslam Mərkəzinin rəisi Höccətul-İslam Həmid Şəhriyari, Seyyid Məhəmməd Rəzəvi və sünni alimləri Şeyx Məhəmməd Ömər, Məhəmməd Xalid və Şeyx Məhəmməd Zişan Qadiri çıxış edəcəklər.
Bundan əlavə konfransda İslam Mərkəzinin fəaliyyətlərindən, İslam ümmətinin vəhdətindən, müsəlmanların düşmən qarşısında ayıq və bəsirətli olmasından və digər mövzulardan danışılacaq. /3932493