IQNA

Əhli-Sünnə alimi: Vəhdət İslami məzhəblər arasında tolerantlığı qorumaqdır

8:41 - November 02, 2020
Xəbər sayı: 3488537
Həzrət Əli (ə) vəhdət məsələsində bizim üçün gözəl örnəkdir. İslam dünyası Rumun hücumu qarşısında təhlükədə olduğu zaman İmam Əli (ə) müsəlmanların maraqlarını öz şəxsi maraqlarına tərcih edirdi.

Livanın Əhli-Sünnə Müqavimət Alimləri Birliyinin baş katibi Şeyx Mahir Həmud İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) müsahibəsində dedi: Qurani-Kərim aşkar şəkildə bəyan edib ki, İslami vəhdət müxtəlif tayfaların bir-birinə tanımasına və "təqva" meyarı ilə yaşamasına səbəbdir. Və vəhdətin də əsas prinsipi həmin müxtəlifliyi qoruyaraq tolerant yaşamaqdır.    

O deyib: Müsəlmanlar arasında vəhdətin yaradılması və qorunması İslam düşmənləri və imperializmin dünya müsəlmanlarına qarşı hücumlarının əleyhinə düşünülmüş bir tədbirdir və bu strategiyanın əsasları və prinsipləri Qurandan götürülmüşdür.

Şeyx Mahir Həmud "vəhdət həftəsi"nin əhəmiyyətindən danışaraq dedi: Vəhdət həftəsini təkcə şiə və sünni birliyi deyil, bütün məzhəblərin birliyi və vəhdəti kimi tanımaq lazımdır. Bu həftə bütün müsəlman məzhəblərinə aiddir və bütün müsəlmanlar İslam dininin əsaslarını qəbul edirlər. Vəhdət Quranın və Peyğəmbər (s) sünnəsinin əsas prinsipidir və hamı bu bayrağın altında toplanmalıdır.

Əhli-Sünnə Müqavimət Alimləri Birliyinin baş katibi vurğuladı: Müsəlmanların inkişaf və tərəqqidən qalmasının və düşmənlərə məğlub olmasının əsas səbəbi təfriqə və bunun nəticəsində zəifləməsidir. Əgər müsəlmanlar müttəhid olsaydılar İsrail heç vaxt Fələstin torpaqlarını işğal etməyə cürət etməzdi. Amerika Orta Şərqdə və Asiyanın qərbində müsəlmanların neft, qaz və digər sərvətlərini talaya və müsəlman ölkələrinin daxili işlərinə müdaxilə edə bilməzdi.

Dünya xəritəsi dəyişib. Əgər müsəlmanlar bir-biri ilə müttəhid ola bilsələr, dünyanın böyük bir hissəsini özləri ilə həmrəy edə və imperialistlərin və işğalçıların qarşısında dayana bilərlər.

Şübhəsiz əgər müsəlmanlar İslami vəhdət bayrağı altında toplaşsalar inkişaf edəcəklər. Siyasi, iqtisadi və təhlükəsizlik baxımından elmi və texnoloji üstünlük əldə edəcəklər. Belə olan halda dünya müsəlmanlarının sıxıntı və problemləri çox az olacaqdır.

Qurani-Kərim də müsəlmanları vəhdətə, yəni müxtəlif məzhəbləri müsəlmanların qlobal və həyati məsələrlərində müştərək mövqe sərgiləməyə dəvət edib. Müsəlmanlar hansısa fiqhi bir məsələdə müxtəlif nəzərlərə sahib ola bilər, amma onlar beynəlxalq imperializm və qəsbkar sionizm qarşısında vahid mövqedən çıxış etməlidirlər. Bu məsələlərdə ixtilaf və parçalanmaq caiz deyil. Hətta Peyğəmbərin (s) və "raşidi-xəlifə"lərin də vaxtında bəzi məsələlərdə ixtilaf olub, amma düşmən qarşısında müsəlmanlar həmişə bir sırada durublar.

Düşünürəm ki, mövlamız Həzrət Əli (ə) vəhdət məsələsində bizim üçün gözəl örnəkdir. Ömərin xilafəti zamanında İslam dünyası Rumun hücumu qarşısında təhlükədə idi. İmam Əli (ə) bu hücumun qarşısını almaq üçün heç bir məsləhət və müşavirəni əsirgəmirdi. Və bu barədə Ömərə məsləhətlər verirdi. Şübhəsiz ki, burada İmam Əli (ə) müsəlmanların maraqlarını öz şəxsi maraqlarına tərcih edirdi. Buna görə də bütün siyasi partiyalar və məzhəblər müsəlmanların mənfəət və maraqlarını öz maraqlarına tərcih etməlidirlər.   /3932444

captcha