IQNA

Sionistlər işğal olunmuş ərazilərdə fələstinlilərin evini dağıtmağa davam edir

12:32 - November 04, 2020
Xəbər sayı: 3488551
İşğalçı iosnit rejim İsrailin məmurları Fələstinlilərdən zorla aldıqları və işğal etdikləri Qərb Sahillərinin şimalında yerləşən Tubas şəhərinə hücum edərək 11 fələstinlinin evini uçurublar.  
İşğalçı iosnit rejim İsrailin məmurları Fələstinlilərdən zorla aldıqları və işğal etdikləri ərazilərdə, İordaniya çayının Qərb Sahillərinin şimalında yerləşən Tubas şəhərinə hücum edərək 11 fələstinlinin evini uçurublar.  
Qüdsün yəhudiləşdirilməsi məqsədi ilə aparılan dağıntı işlərində fələstinlilərin rəsmi icazəsiz ev tikməsi bəhanə göstərilib. 
Fələstin Rəsmi Statistikasına əsasən, işğalçı İsrail rejimi  cari ildə  fələstinlilərə məxsus 500 -dən çox evi və infrastrukturu dağıdıb. 
BMT Təhlükəsizlik Şurası işğalçı İsrail rejiminin bu cinayətlərinə etiraz etsə də Tel-Əviv BMT qətnamələrinə məhəl qoymur. /3933101
captcha