IQNA

Həzrət Abbasın (ə) sol qolunun düşdüyü yerdə yeni zərih hazırlanır - Foto

17:30 - November 06, 2020
Xəbər sayı: 3488561
Müqəddəs Kərbəla şəhərində Aşura faciəsini diri saxlayan müqəddəs ziyarətgahların, məqamların yenilənməsi və bərpası işləri davam etdirilir.
Müqəddəs Kərbəla şəhərində Aşura faciəsini diri saxlayan müqəddəs ziyarətgahların, məqamların yenilənməsi və bərpası işləri davam etdirilir.
Kərbəla şəhərində Həzrət Əbülfəzl Abbasın (ə) sol qolunun vurulduğu yerin üzərində ucalmış zərihin yenisi ilə əvəzlənməsi üçün işlər görülür.
Müqəddəs ziyarətgahın Baş Katibliyinin rəhbərliyi altında yeni zərihin dizaynı təsdiqləndikdən sonra və ziyarətgahın pəncərəsi ilə uyğunlaşdırılmış oyma və bəzəklərlə Əbülfəzl-Abbasın (ə) sol qolunun düşdüyü yer üzərində yeni zərihin istehsalına başlanılıb.
Zərih səkkizguşəli formada olacaq və üst hissəsi də daxil olmaqla diametri (3 metr) və hündürlüyü (2.85 metr) olan bu dizaynla istehsal olunan ilk zərihdir.
Zərih qalınlığı 2 mm paslanmayan polad karkasdan ibarətdir. Səkkiz ədəd hər birinin hündürlüyü 190 sm və eni 1 m olan pəncərə qapısı da daxil olmaqla, pəncərələr olacaq. Hər iki tərəfində də 98 sm uzunluğunda çoxbucaqlı yan dirəklə örtülmüş və alt hissəsi dekorativ təməl üzərində olan sütunlar qoyulacaq.
Zərihin yuxarı hissəsinin hündürlüyü 75 sm-dir.
 
 
 
 
 
 
 
 
captcha