İraqda sevimli peyğəmbərimiz Həzrət Məhəmmədin (s) mövludu münasibəti ilə Həzrət Abbasın (ə) hərəmində illik "İlahi Rəhmət" festivalı keçirilib.
"İlahi Rəhmət" festivalı Kərbəlanın "əl-Hindiyyə" rayonunun mədəniyyət evi və Kərbəlanın İntellektual Yenilikçi İnformasiya və Mədəniyyət Müəssisəsinin həmkarlığı və Həzrət Abbas (ə) hərəminin idarə heyətinin nəzarəti ilə təşkil edilib.
Festival şəhərin müxtəlif məsuliyyətli vəfizələrində çalışan rəsmi şəxslərin iştirakı ilə cari həftənin Cümə günü, 6 Noyabr 2020-ci il, Kərbəlanın "əl-Hindiyyə Cavanlar Birliyi"nin toplantı salonunda keçirilib.
Festivalda ictimai və dini şəxslər çıxış ediblər, Peyğəmbərin (s) şənində şeir və mədhiyyələr deyilib. /3933634