IQNA

14:25 - November 28, 2020
Xəbər sayı: 3488734
Tehran (IQNA)- İslam İnqilabının Ali Məqamlı Rəhbəri İranın müdafiə və nüvə texnologiyası üzrə  alimi Möhsin Fəxrizadənin terror nəticəsində şəhadəti münasibətilə başsağlığı verib.

Tehran (IQNA) -  İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah  Üzma Seyyid Əli Hüseyni Xamenei cənabları İran İslam Respublikasının müdafiə və nüvə texnologiyası üzrə  alimi Möhsin Fəxrizadənin terror nəticəsində şəhadəti münasibətilə başsağlığı verib.

Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xamenei cənablarının başsağlığı mesajında bildirilir:

 "Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

Ölkənin müdafiə və nüvə texnologiyası üzrə qabaqcıl alimlərindən olan cənab Möhsin Fəxrizadə cinayətkar muzdlular tərəfindən şəhid edilib. 

Nadir elmi şəxsiyyətlərdən olan Möhsin Fəxrizadə, öz qiymətli həyatını  böyük və davamlı elmi səyləri naminə Allah yolunda qurban vermişdir. Yüksək şəhidlik məqamı onun ilahi mükafatıdır.

İki önəmli məsələni  məsul şəxslər ciddi yerinə yetirməlidir. Birincisi bu cinayəti araşdırmaq və cinayəti törədənlər və göstəriş verənlərin cəzalandırılması. İkincisi bu şəhidin çalışdığı bütün sahələrdə  texniki və elmi səylərin davam etdirilməsi.   

Mən şəhidin ailəsinə,  ölkənin elm adamalarına və müxtəlif sahələrdə olan şagirdlərinə və həmkarlarına onun şəhadətini təbrik və onun yoxluğu münasibətilə başsağlığı verirəm.  Uca Yaradandan o mərhum üçün ən yüksək dərəcələri verməsini diləyirəm!"

Seyyid Əli Xamenei

8 Azər 1399

28 Noyabr 2020

/3937799

 

Ad:
E-poçt:
* Comment:
* captcha: