IQNA

7:54 - December 02, 2020
Xəbər sayı: 3488764
Tehran (IQNA) - Həzrət Əbülfəzl Abbasın (ə) Hərəminin Mühəndislik Layihələri Şöbəsi Həzrət Zeynəbin (ə) məzarında üzərində yeni zərihi-şərifinin inşası üçün xüsusi dizaynın təsiqləndiyini elan edib.

Həzrət Əbülfəzl Abbasın (ə) Hərəminin Mühəndislik Layihələri Şöbəsi Həzrət Zeynəbin (ə) məzarında üzərində yeni zərihi-şərifinin inşası üçün xüsusi dizaynın təsiqləndiyini elan edib.

Həzrət Əbülfəzl Abbasın (ə) müqəddəs ziyarətgahına bağlı Əl-Səqqa fabrikinin rəsmisi Seyid Nazim Əl-Qəribi açıqlamasında belə deyib:

“İşçilərimiz Həzrət Zeynəbin (ə) yeni zərihi-şərifinin inşası üçün lazımi təsdiqləri aldıqdan sonra bu layihə üçün xüsusi dizayn modelləri hazırlamağa başladılar və birdən çox plan hazırlandı. Bu planlardan biri təsdiqləndi və icrası gündəmdədir."

Həzrət Zeynəbin (ə) hərəminin son dizaynının fərqli bədii və estetik xüsusiyyətlərə sahib olduğunu deyən əl-Qəribi, bunlardan bəzilərinin Həzrət Əbülfəzl Abbasın (ə) hərəmindən ilham alınaraq hazırlandığını bildirib:

“Qarşıdakı günlərdə bu modelin və onun nəticələrinin təsvirləri hazırlanaraq, həyata keçiriləcək. Qızıl, gümüş və paslanmayan polad daxil olmaqla bütün taxta və metal materiallar hazırlanır və ziyarətgahın dizaynı naxışa uyğun olaraq aparılacaq”. / al-Kafeel

Ad:
E-poçt:
* Comment:
* captcha: