IQNA

11:24 - December 05, 2020
Xəbər sayı: 3488787
Tehran (IQNA) - Yeni Zelandiyanın Queenstovn şəhərinin Otago rayonunda yaşıyan müsəlmanların yeni insaş etdikləri məscid gələn həftə istifadəyə veriləcək.

Tehran (IQNA) - Yeni Zelandiyanın Queenstovn şəhərinin Otago rayonunda yaşıyan müsəlmanların yeni insaş etdikləri məscid gələn həftə istifadəyə veriləcək.

Bu məscid müsəlmanların xeyriyyə köməkləri ilə tikilib.

Şəhərin Müsəlman İcması və İslam Mərkəzi əhalinin dəstəyi ilə məscid tikilməsi üçün torpaq alıb və sonra həmin torpaqda tam yeni bir məscid binası tikilib.

İnşa edilməsi üçün ümumilikdə 430 min dollar civarında vəsait xərclənən bu məscidin açılışı gələn həftə üçün planlaşdırılıb.

İslam Mərkəzinin maliyyə şöbəsinin rəisi Cəlal Qazi deyib: Məscidin tikintisi üçün camaat tərəfindən göstərilən köməklərdən razıyıq. Amma bu vəsaitin banklara tam ödənilməsi üçün müsəlman və qeyri-müsəlman cəmiyyətlərinin köməyinə ehtiyacımız var.

Queenstovn şəhərinin meri Jim Boult deyib: Müsəlmanlar bizim cəmiyyətimizin mühüm bir hissəsidir. Onların çoxu Yeni Zelandiyada mühacir və yerli işçilərdirlər. Buna görə də onların bir ibadət yerinin olması bizim cəmiyyətimiz üçün mühüm bir dəyərdir.

Qeyd edək ki, bundan öncə bu şəhərin müsəlman alilələri dini ayinlərin icrası üçün müxtəlif yerləri icra edirdilər.

/3938948

Ad:
E-poçt:
* Comment:
* captcha: