IQNA

22:11 - December 05, 2020
Xəbər sayı: 3488789
Tehran (IQNA) - Misrin Darul-Fətava İdaərsi Pakistanın universitet tələbələri üçün virtual Quran elmləri və təfsir təlimini "Kəlimə" layihəsi çərçivəsində icra edəcək.

Tehran (IQNA) - Misrin Darul-Fətava İdaərsi Pakistanın universitet tələbələri üçün virtual Quran elmləri və təfsir təlimini "Kəlimə" layihəsi çərçivəsində icra edəcək.

Bu barədə Misrin Pakistanın İslamabad şəhərindəki səlahiyyətli səfiri Tariq Dəhrucun Pakistanın Lahur şəhərinin "Pəncab universiteti"nin rəis müavini Məhəmməd Səlim Məzhərlə görüşü zamanı razılıq əldə edilib.

"Kəlimə" layihəsinin hədəfi müsəlman tələbələrə Quranın səhih təfsirini, sağlam İslam maarifini öyrətmək və onların radikal və ekstrimist qruplaşmalara yönəlməsinin qarşısını almaqdır.

Pəncab əyalətində tələbələrə Quran dərslərinin keçirilməsi vacib edilib. Hədəf isə tələbələrin dindən radikal oxunuş etmələrinin və təkfirçi düşüncəyə bulaşmalarının qarşısını almaqdır.

Pəncab universiteti Pakistanın ən qədim təhsil ocaqlarından biridir. 1882-ci ildə təsis edilmiş bu universitetin hazırda 47 min tələbəsi var.

/3938985

Teqlər: Misr ، Pakistan ، Quran ، təfsir ، radikal ، ekstrimist
Ad:
E-poçt:
* Comment:
* captcha: