IQNA

20:42 - December 16, 2020
Xəbər sayı: 3488866
Tehran (IQNA) - Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei şəhid general Qasim Süleymaninin şəhadətinin ildönümü ərəfəsində o şəhidin anım mərasiminin təşkilatçılarını hüzuruna qəbul edib. 

İslamın böyük sərkərdəsi,  şəhid general Hacı Qasim Süleymani, şəhid Əbu Mehdi əl-Mühəndis və həmkarlarının şəhadətinin ildönümü ərəfəsində “Müqavimətin şəhid sərkərdələri”inin ildönümü mərasim təşkilatçıları bu gün səhər Ali Rəhbər Ayətullah Seyid Əli Xameninin qəbulunda olub.

Mənim sizə tövsiyəm budur ki, düşmənə qəti şəkildə etibar etməyin" - bunu İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Seyid Əli Xamenei bu gün (16 Dekabr 2020) şəhid Qasim Süleymaninin  ölümünün ildönümü ərəfəsində o şəhidin ildönümü mərasiminin təşkilatçıları ilə görüşdə deyib.

Şəhid Süleymanini  İran xalqının və İslam ümmətinin qəhrəmanı adlandıran Ali Rəhbər bildirib ki, İranda və İraqda şəhid Süleymani və şəhid Əbu Mehdi əl-Muhəndisin dəfn mərasimində milyonlarla insanın iştirak etməsi amerikalılara vurulan ilk möhkəm sillə oldu, lakin bundan daha möhkəm sillə "imperializmin puç heybəti üzərində hibrid qələbə" və "ABŞ-ın bölgədən çıxarılması"dır ki, bu sillə də onlara vurulmalıdır. “Bununla yanaşı, general Süleymaninin qətlinin sifarişçiləri və icraçıları da intiqamın olacağını gözləməli və bu intiqam istənilən mümkün fürsətdə labüddür.”

General Süleymaninin şəhid olmasını tarixi hadisə adlandıran və bu şəhidin  İslam ümmətinin qəhrəmanına çevrildiyini qeyd edən Ayətullah Xamenei bildirib:  “Şəhid Süleymani "şücaət və müqavimət" xüsusiyyəti ilə yanaşı həm də  müdrik, zəkalı, xeyirxah və fədakar idi. Eyni zamanda mənəviyyatlı, səmimi, ixlaslı və axirət adamı idi.”

Ali Rəhbər görüşdə  İran xalqı və məsul şəxslərinə 4 önəmli tövsiyə verib:  "Bütün sahələrdə güclü olun", "düşmənə güvənməyin", "milli birliyi qoruyub saxlayın" və "sanksiyaları aradan qaldırmaq niyyətindən daha çox sanksiyaları zərərsizləşdirməyə çalışın".

3941416

 
"

 
 
Ad:
E-poçt:
* Comment:
* captcha: