IQNA

Həzrət Yunus (ə) balığın qarnında necə sağ qalmışdır?

8:43 - December 17, 2020
Xəbər sayı: 3488869
Həzrət Yunus peyğəmbərin (ə) balığın qarnında sağ qalması – İlahi möcüzədir. Elə bir möcüzədir ki, İlahi qüvvəyə söykənir.

Həzrət Yunus peyğəmbərin (ə) balığın qarnında sağ qalması – İlahi möcüzədir. Elə bir möcüzədir ki, İlahi qüvvəyə söykənir. Yunusun  (ə) balığın qarnında sağ qalmasının iki səbəbi ola bilər:

1. Yunusu (ə) udan balığın qarnında bir insanın sağ qalması üçün şərait mövcud idi.

2. Allah Təala məhz bu balığa Yunusun (ə) sağ qalması üçün şərait əta etmişdir.

Qurani-Kərim bu haqda buyurur: “Əlbəttə, Yunus (da) Bizim peyğəmbərlərimizdən idi. (Yada sal) o zaman(ı) ki, o, (müsafir və yüklə) dolu gəmiyə tərəf qaçdı (və ona mindi).

Beləliklə, (gəmidə yaranmış təhlükəyə görə müsafirlərin bəzilərinin suya atılmaları lazım gəldikdə) o, püşk atmada iştirak etdi və məğlublardan oldu. O, məzəmmətə layiq iş gördüyü və özünü qınadığı halda, balıq onu uddu. Buna görə də əgər o, (həm həyatı boyu, həm də balığın qarnında) Allahı zikr edərək pak sifətlərlə mədh edənlərdən olmasaydı, mütləq (insanların qəbirlərdən) qaldırılacaqları günə kimi həmin balığın qarnında qalardı.

Beləliklə, onu xəstə halda tavan və kölgəsiz bir yerə atdıq”. (“Saffat” 139-145).

Bu ayələrdən göründüyü kimi, Həzrət Yunus (ə) bu balığın qarnında bir müddət yaşayır və sonra balıq onu sahilə çıxarır.

Hər bir halda deyə bilərik ki, Yunusun (ə) sağ qalması Allahın iradəsi ilə baş vermişdir. Əgər Allah iradə etməsəydi ki, o, sağ qalsın, əlbəttə ki, Yunusun (ə) sağ qalmaq ehtimalı mövcud olmazdı. Çünki heç bir insan əgər balıq tərəfindən udularsa, sağ qalmaz.

Bu hadisə – İlahi möcüzədir. Məhz İlahi möcüzə sayəsində Həzrət Yunus (ə) balığın qarnında sağ qalmışdır.

Bu hadisə Həzrət Yunus (ə) və ondan sonra gələnlər üçün ibrət dərsi və imtahan olmuşdur. /deyerler/

captcha