IQNA

19:53 - December 23, 2020
Xəbər sayı: 3488906
Azəzrbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi sfərbərlik üzrə hərbi xidmətə çağırılmış vətəndaşların yaxın vaxtlarda mərhələli şəkildə tərxis edilməsi gözlənilir”.

Azəzrbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi sfərbərlik üzrə hərbi xidmətə çağırılmış vətəndaşların yaxın vaxtlarda mərhələli şəkildə tərxis edilməsi gözlənilir”.
Azərbaycan Müdafiə Nazirliyinin "facebook" sosial şəbəkər hesabında qeyd edilir ki, Səfərbərlik üzrə hərbi xidmətə çağırılmış bəzi şəxslər, xüsusilə ailəli vətəndaşlarımız, sosial şəbəkələr vasitəsilə nə zaman ehtiyata buraxılaraq evlərinə geri dönəcəkləri ilə bağlı narahatlıq ifadə edirlər. Bu da tərəfimizdən anlayışla qəbul edilir.
“Bildiririk ki, Müdafiə Nazirliyi tərəfindən onların ehtiyata buraxılması ilə əlaqədar sənədlər hazırlanıb və müvafiq qaydada aidiyyəti qurumlara göndərilib. Yaxın vaxtlarda bu kateqoriyadan olan şəxslərin mərhələli şəkildə tərxis edilməsi gözlənilir.”, -deyə MN-nin məlumatnda bildirilir.
 
Ad:
E-poçt:
* Comment:
* captcha: