IQNA

Həzrət Fatimə (s) üçün təfsir edilən Quran ayələrinə qısa baxış

8:38 - December 28, 2020
Xəbər sayı: 3488935
Tehran (IQNA) -  Prof. Məhəmmədəli Rzayi İsfahani IQNA-nın redaksiyasına sünni və şiənin təfsir və hədis qaynaqlarında Həzrət Fatimə (s) barədə təfsir edilən ayələrə işarə edən bir yaddaşt göndərib.

Tehran (IQNA) -  Beynəlxalq əl-Mustafa İslam Akademiyasının elmi heyətinin üzvü və akademiyanın Quran və Hədis Elmləri İnstitutunun rəisi Höccətul-İslam vəl-müslimin Prof. Məhəmmədəli Rzayi İsfahani IQNA-nın redaksiyasına sünni və şiə qaynaqlarında Həzrət Fatimə (s) barədə təfsir edilən ayələrə işarə edən bir yaddaşt göndərib.

Yaddaştda yazılır:

"Şiə və əhli-sünnənin təfsir və hədis kitablarında qədimdən sevimli peyğəmbərimizin əziz qızı xanım Fatimə (s) üçün təfsir edilən ayələr bəhs edilmişdir.

Bu məsələlərə təfsir və hədis kitablarda adətən Peyğəmbər, Əhli-Beyt və səhabələrdən rəvayətlər fonunda işarə edilmiş və bəzən həmin mövzuda müstəqil kitablar da yazılmışdır.

Əbdülhüseyn bin Məhəmməd Əli Xoşnevis İsfahani "ət-Töhfətul-Fatimiyyə fi əhvali seyyidətin-nisa Fatimətəz-Zəhra və mənaqibiha və məsaibiha" kitabında Qurani-Kərimin 10 ayəsini Həzrət Zəhra (s) barədə təfsir etmişdir.

Əbulfəzl Vasif "Fatimeyi-Zəhra əz nəzəre ayate Quran" kitabında xanım barədə nazil olan, təfsir, təvil və tətbiq edilən 30 ayədən söz açmış və öz müddəasını isbat etmək üçün sünni və şiə hədislərinə istinad etmişdir.

Seyyid Sadiq Şirazi "Fatimətuz-Zəhra fil - Quran" kitabında xanım barədə nazil, təfsir və tətbiq edilən ayələri Quranın 67 surəsindən bir yerə toplamışdır.

Bundan əlavə Əbdülhüseyn Qüdsi "Töhfeyi Fatimiyyə"də 10 ayə, Şeyx Əli Heydər Muəyyid "Fəzailu Fatimətuz-Zəhra fiz-zikril-həkim" 135 ayə, Seyid Məhəmmədəli Hülv "Ma nəzələ minəl Quran fi şəni Fatimə" əsərində 60 ayə və Ayətullah Məhəmməd Sənəd "Məqamatu Fatimətuz-Zəhra fil kitabi vəs-sünnə" kitabında 60-dan çox ayəni Həzrət Fatimə (s) ilə bağlı təfsir ediblər.

Həmçinin bir çox müfəssir və alimlər Qurani-Kərimin "Kövsər" surəsinin Həzrət Fatimə (s) barədə nazil olması ilə bağlı müstəqil kitablar yazmışlar.

Bundan əlavə Həzrət Zəhra (s) barədə Quran ayələrini təfsir edən bir çox kitabların əlyazma nüsxələri mövcuddur. Fars, Ərəb, Urdu və sair dillərdə olan bu kitabların bir çoxu hələ çap edilməyib.

Qeyd etməliyik ki, digər məsum imamların adı kimi Həzrət Fatimənin (s) adı da Quranda aşkar şəkildə keçməyib. Amma Peyğəmbər, Əhli-Beyt və səhabələrdən rəvayət edilən çoxsaylı hədislərdə Kövsər surəsinin və Quranın 67 surəsində 135-dək ayənin Həzrət Zəhra (s) ilə bağlı olduğuna işarələr edilib. Bəzən ayələrin şəni-nüzulu, bəzən təvili, bəzən tətbiqi və təfsiri Həzrət Zəhraya (s) aid edilib.

Qurani-Kərimin Kövsər surəsinin, Təthir, Mübahilə və Nəzr ayələri kimi ayələrin Həzrət Fatimə (s) barədə olması müfəssir və mühəddislər arasında məşhurdur."  /3943642

 

captcha