IQNA

8:52 - January 04, 2021
Xəbər sayı: 3488979
Pakistanın Bəluçistan əyalətində kömür mədəninə radikal təkfirçi silahlılar tərəfindən hücum edilib. Bu barədə Pakistanın Daxili İşlər Nazirliyi məlumat verib.

Pakistanın Bəluçistan əyalətində kömür mədəninə radikal təkfirçi silahlılar tərəfindən hücum edilib. Bu barədə Pakistanın Daxili İşlər Nazirliyi məlumat verib.

Bildirilib ki, naməlum silahlılar Bəluçistanın ucqar dağlıq bölgəsində yerləşən bir kömür mədənində 11 nəfəri qətlə yetirib, bir neçə mədənçini yaralayıblar.

Hadisə Kuveytə şəhərinin 50 kilometrliyind yerləşən, əsasən şiə məzhəbli işçilərin çalışdığı Maça daş kömür mədənə baş verib.

Hücumu heç bir qrup üzərinə götürməyib. 

Bəzi mənbələr bu hücumun məzhəb qarşıdurması zəminində baş verdiyini iddia ediblər.

Qeyd edək ki, Pakistanın Kvetta, Kəraçi və Bəluçistan bölgələri şiələrə qarşı hücumların tez tez şahidi olur. /3945485

 
 
 
 
Ad:
E-poçt:
* Comment:
* captcha: