IQNA

7:13 - January 19, 2021
Xəbər sayı: 3489086
Tehran (IQNA) - Ərəbistanın Mədində şəhərində yerləşən Peyğəmbər Məscidində (Məscidun-Nəbi) Qurani-Kərimin əlyazma nüsxələrinin daimi sərgisi açılacaq.

Ərəbistanın Mədində şəhərində yerləşən Peyğəmbər Məscidində (Məscidun-Nəbi) Qurani-Kərimin əlyazma nüsxələrinin daimi sərgisi açılacaq.

Sərginin açılması üçün görülən işlər yekunlaşmaq üzərədir.

Sərgidə İslam dünyası incəsənət və mədəniyyətinə aid olan mühüm eksponantlar, o cümlədən Qurani-Kərimin müxtəlif dövrlərə mənsub əlyazma nüsxələri nümayiş ediləcək.

Sərginin əsas hədəfi qədim İslam və Ərəb dünyasının elmi və mədəni istehsalının şah əsərlərini  və İslamın mənəvi irsini orjinal sənədləri ilə müsəlmanlara və sərginin ziyarətçilərinə göstərməkdir.  

Sərgi buraya gələn qonaqlar, xüsusi ilə də araşdırmaçı və tədqiqatçılar üçün faydalı məlumat qaynağı olacaqdır. /iqna/

 
Ad:
E-poçt:
* Comment:
* captcha: