IQNA

22:50 - January 24, 2021
Xəbər sayı: 3489126
Tehran (IQNA) -  Mərakeşdə Quran dərsləri, dini xütbə məclisləri, Quranla üns proqramlarının əyani şəkildə məscidlər keçirilməsi koronavirus səbəbi ilə qadağan edilmişdir.

Tehran (IQNA) -  Mərakeşdə Quran dərsləri, dini xütbə məclisləri, Quranla üns proqramlarının əyani şəkildə məscidlər keçirilməsi koronavirus səbəbi ilə qadağan edilmişdir.

Adətən Mərakeşin məscidlərində keçirilən Quran dərsləri və dini xütbələri hazırda koronavirus pandemiyası fonunda "Zoom" kimi internet proqramları üzərindən geniş dinləyici kütləsinin iştirakı ilə virtual məkanda keçirilir.

Həsən bin İbrahim (Mərakeşin əs-Səxirat əyalətinin elmi dini şurasının rəisi) virtual dərslər və xütbələrin davam etdirilməsini insanlara doğru dini bilgi, əxlaq dərsləri, məzbəbi maarif və Quranın səhih tilavəti və təcvidinin öyrədilməsi üçün zəruri hesab edib.

O əlavə edib: Mərakeşin İslami Fondlar və İşlər İdarəsi koronavirus pandemiyasının yayılmasının qarşısının alınması hədəfi ilə məscidlərdə dini fəaliyyətlərin dayandırılması barədə fətva verib. Buna görə də məscidlərdə keçirilən Quranın hifzi dərsləri də müvəqqəti olaraq tətil edilib. Amma məscidin elmi və mədəni proqramları sosial şəbəklər üzərindən davam edir.  

Mərakeşin əs-Səxirat əyalətinin elmi dini şurasının rəisi deyib: Məscidlərin virtual proqramlarında qadın və kişilər üçün Quranın qiraəti, təcvidi və hifzi və Peyğəmbər (s) hədislərinin hifzi dərsləri keçirilir. /3949486

Ad:
E-poçt:
* Comment:
* captcha: