IQNA

Məscidun-Nəbi (s) sərgisində Quranın nadir əlyazma nüsxələri - Foto

7:05 - February 08, 2021
Xəbər sayı: 3489222
Tehran (IQNA) -  Hicazın Mədinə şəhərində, Həzrət Peyğəmbər (s) məscidində Qurani-Kərimin nadir əlyazma nüsxələrinin daimi sərgisi fəaliyyət göstərir.

Tehran (IQNA) -  Hicazın Mədinə şəhərində, Həzrət Peyğəmbər (s) məscidində Qurani-Kərimin nadir əlyazma nüsxələrinin daimi sərgisi fəaliyyət göstərir.

Bu sərgidə İslam mədəniyyəti və incəsənətinin şah əsələri nümayiş olunur.

Daimi sərgidə Hicri-Qəməri tarixinin ilk əsrindən başlayaraq yazılmış çox qədim əlyazma əsərlər xüsusi müasir texnologiya ilə qorunur.

Mədinə şəhərində yerləşən bu sərgi divarları şüşədən ibarət iki salondan ibarətdir. Salonlardan birində 30 civarında çox qədim əlyazma nüsxə saxlanılır. Bu nüsxələrin ən qədiminin tarixi 578-ci hicri-qəməri ilinə qayıdır.

Sərgidə qədim elmlərlə bağlı sümük, dəri, taxta, daş və digər əşyalara yazılmış əlyazma əsərlər var.

Daimi sərginin hədəfi İslami irsin qorunması və tarix boyunca İslami əlyazmaların müxtəlif elmlərin inkişafında rolu və təsirini göstərməkdir.

Sərgidə ziyarətçilərə qədim əlyamza nüsxələrinin necə yazılması, bərpası metodları, əlyazma nüsxələrin qorunması və qədim yazı vasitələri barədə məlumatlar verilir. /3952030/


گشت و گذاری در نمایشگاه نسخ خطی کمیاب در مسجد النبی (ص) + عکس
 
گشت و گذاری در نمایشگاه نسخ خطی کمیاب در مسجد النبی (ص) + عکس
 
گشت و گذاری در نمایشگاه نسخ خطی کمیاب در مسجد النبی (ص) + عکس
 
گشت و گذاری در نمایشگاه نسخ خطی کمیاب در مسجد النبی (ص) + عکس
captcha