IQNA

12:34 - February 12, 2021
Xəbər sayı: 3489258
Tehran (IQNA) -  İranın Ümumdünya Məzhəblərarası Yaxınlaşdırma Təşkilatının (TƏQRİB) təşəbbüsü ilə "Peyğəmbər (s) qızının ətri" adlı beynəlxalq vebinar keçirilib.

Tehran (IQNA) -  İranın Ümumdünya Məzhəblərarası Yaxınlaşdırma Təşkilatının (TƏQRİB) təşəbbüsü ilə "Peyğəmbər (s) qızının ətri" adlı beynəlxalq vebinar keçirilib.

Həzrət Zəhranın (s) mübarək mövludu və "qadın günü" münasibəti ilə Fevral ayının 8-də keçirilən vebinarda müxtəlif ölkələrdən on beş nəfər iştirak edib.

Vebinar İranın Ümumdünya Məzhəblərarası Yaxınlaşdırma Təşkilatının (TƏQRİB)  baş katibi Höccətul-İslam vəl-müslimin Həmid Şəhriyarinin çıxışı ilə başlayıb.

Daha sonra vebinarda İranın Ümumdünya Məzhəblərarası Yaxınlaşdırma Təşkilatının (TƏQRİB) ölkədaxili işlər üzrə müavini Möhsün Misçi, əl-Mustafa Beynəlxalq İslam Elmləri Akademiyasının elmi heyətinin üzvü Höccətul-İslam vəl-müslimin Nasir Rəfii Məhəmmədi, GünbədKavus şəhərinin əhli-sünnə məzhəbinin Cümə xətibi Axund Nurizadə, İran Hənəfi Cəmiyyətinin Dini Hövzələriin rəisi Mövləvi İbrahim Fazil Hüseyni, TƏQRİB təşkilatının xanımların işi üzrə müavini xanım İffət Şəriəti, Kürdüstanın əhli-sünnə Mədəniyyət Universitetlərinin rəhbəri xanım Şölə Zəhiri, Türbəti-Cam şəhərinin əhli-sünnənin xanımlar üçün elmi dini hövzələrinin müdiri Löya Mirzayinəjad, Gülüstan əyalətinin AğQala şəhərinin əhli-sünnə cəmiyyətinin Qızlar Elmi Dini Hövzəsinin ustadı Asiyə Haci Mirzaəli, Saravan şəhərinin əhli-sünnə məzhəbinin universitet müəllimi xanım Fəridə Yusifi, Azadşəhər əhli-sünnə xanımlarının dini elmi hövzəsinin müəlliməsi Aycamal Qurçayi, Kermanşah əyalətinin mədəni aktivisti Fatimə Qubadi, Buşehr şəhərinin "Bənatur-Rəsul" mədrəsəsinin müəlliməsi Səidə Hacı Kəngani, İranşəhr xanımlar mədrəsəsinin müdiri Səkinə Naruyi və digərləri Xanım Zəhranın (s) fəzilətləri, sirə və həyat tərzindən danışıblar.   

Vebinar iştirakçıları Peyğəmbərin (s) sevimli qızının fəzilətləri, xüsusiyyətləri, fərdi və ictiami həyat tərzindən danışaraq onun həyat tərzinin müasir müsəlman ailəsi üçün ən gözəl örnək olduğunu vurğulayıblar.

Həzrət Zəhranın (s) fəzilətlərindən danışan alim və araşdırmaçılar, Quran ayələri, şiə və əhli-sünnə qaynaqlarında olan hədislərə və tarixi məlumatlara istinad ediblər. /3952927

Ad:
E-poçt:
* Comment:
* captcha: