Tehran (IQNA) - Mübarək Rəcəb ayının daxil olması münasibəti ilə indiyədək Nəcəfdə İmam Əlinin (ə) hərəmi tərəfindən Quranla üns məclisləri keçirilib.
Quranla üns məclisləri ötən həftənin Şənbə günü, Həzrət İmam Baqirin (ə) mövludu və ötən həftənin Bazar günü, Həzrət İmam Əli ən-Nəqi əl-Hadinin (ə) şəhadəti günü təşkil edilib.
Nəcəfin İmran bin Şahin adına came məscidində keçirilən Quranla üns məclisində Quran qariləri və Əhl-Beyt (ə) məddahları iştirak ediblər.
Qeyd edək ki, Quranla üns məclisləri İmam Əli (ə) hərəminin sosial şəbəkə səhifəsindən, Peyk Yayımları Mərkəzinin vasitəsi ilə İraq televiziyasından və həmçinin Kərbəlanın Qurani-Kərim beynəlxalq televiziya peyk kanalından birbaşa yayımlanıb. /3954466