IQNA

Misirdə nəhəng minarəli məscid inşa ediləcək

10:55 - February 17, 2021
Xəbər sayı: 3489296
Qahirədə dünyanın ən böyük məscidlərindən biri inşa ediləcək. Məbədin fərqləndirici cəhəti isə onun nəhəng minarələri olacaq. Bu barədə Misir prezidentinin rəsmi nümayəndəsi Bəssam Redi məlumat verib.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) “Islam Today”-a istinadən xəbər verir ki, Qahirədə dünyanın ən böyük məscidlərindən biri inşa ediləcək. Məbədin fərqləndirici cəhəti isə onun nəhəng minarələri olacaq.

Bu barədə Misir prezidentinin rəsmi nümayəndəsi Bəssam Redi məlumat verib.

Onun sözlərinə görə, ibadətgahın Qahirənin yeni inzibati paytaxtında tikilməsi planlaşdırılır.

Məscid kompleksində kişi, qadın və uşaqlar üçün olan ibadət zallarından başqa, tədbirlər üçün də bir sıra böyük məkanlar da olacaq.

Bundan başqa, onun ərazisində 3000 min avtomobillik avtomobil parkı və çoxmərtəbəli avtodayanacaq da olacaq.

Məscidin ən əsas xüsusiyyəti isə onun 140 metrlik minarələri olacaq.

Maraqlıdır ki, yeni layihə haqda xəbər ölkə əhalisi arasında birmənalı qarşılanmayıb. İnternet istifadəçiləri layihəni dövlət pullarının mənasız sərfiyyatı adlandırıblar, çünki hazırda Misir xəstəxanalarında koronavirus xəstələri üçün yer çatışmazlığı yaşanır.

Teqlər: minarə ، məscid ، günbəz
captcha