IQNA

23:34 - March 02, 2021
Xəbər sayı: 3489384
Tehran (IQNA) - Misrin tanınmış qarisi Məhmud Şəhat Ənvər mediaya danışdığı maraqlı yuxusuna görə açıqlama vermək üçün Misrin Quran Qariləri və Hafizləri Birliyinə çağırılıb.

Tehran (IQNA) - Misrin tanınmış qarisi Məhmud Şəhat Ənvər mediaya danışdığı maraqlı yuxusuna görə açıqlama vermək üçün Misrin Quran Qariləri və Hafizləri Birliyinə çağırılıb.

Misrin məşhur qarisi Şeyx Məhmud Şəhat Ənvər bir neçə vaxt öncə "əl-yəvm əs-sabe" informasiya portalına müsahibə verərəkən yuxuda yeddici göydə gəzdiyini danışıb.  

Bu yuxu sosial şəbəkələrdə səs-küyə səbəb olub. Buna görə də Misrin Quran Qariləri və Hafizləri Birliyi məşhur Quran ustadını açıqlama vermək üçün əl-Əzhər İslam Mərkəzinin "Əqidə Prinsipləri" ustadlarının iclasında çağırıb.

Məhmud Şəhat Ənvər yuxusu barəsində deyib: Mən bir ay evdən çölə çıxmadım. Bütün günü Quran oxuyurdum. Hər iki gündə bir Quran xətm edirdim. Mənəvi və ruhani bir hal tapmışdım. Gecələrin birində Peyğəmbərə (s) oxşatdığım bir insanı gördüm yuxumda. Həmin gecə Yunis, Hud və Yusif surələrini oxumuşdum. Həmin adam məni özü ilə göylərə aparmaq istədi. Mən onunla yeddinci göyə getdim. Allaha tərəf ucalmağa başladım. O mənim əlimdən yapışdı və mən qorxub yuxudan oayndım. Dəstəmaz alıb iki rükət qıldım. İstiğfar edib yenidən yuxuya getdim.

Şəhat Ənvər əlavə edib: Yuxumu bir neçə nəfərə danışdım. Onlar hamısı dedilər ki, yuxun yaxşı yuxudur. Allah səni sevir və səni eşitmək istəyir. Belə isə öz yolunda davam et. Mənim yuxum doğru bir yuxu idi və mən səs-küy yaratmaq üçün yuxumu danışmadım. Hədəfim cavan nəsildə Quranın tilavətinə rəğbət qazanıdrmaq idi. /3956937/

Ad:
E-poçt:
* Comment:
* captcha: