IQNA

Misrli müfti Əqsada namaz qılmağın savab olduğunu vurğulayıb

7:49 - March 03, 2021
Xəbər sayı: 3489385
Tehran (IQNA) - Misrin sabiq müftisi rəsmi "facebook" səhifəsində Quran ayələrinə istinadən Əqsa məscidində namaz qılmağın savab olduğunu vurğulayıb.

Tehran (IQNA) - Misrin sabiq müftisi rəsmi "facebook" səhifəsində Quran ayələrinə istinadən Əqsa məscidində namaz qılmağın savab olduğunu vurğulayıb.

Əli Cümə Qurani-Kərimin mübarək İsra surəsinin birinci aysəinə işarə edərək yazıb: Allah-Taala Beytul-Müqəddəsə (Əqsa məscidi və Qübbətus-Səxrə məscidinin yerləşdiyi məkan) müqəddəslik və bərəkət vermişdir. Hər bir mömin insan bu yerin hörmətini saxlamalıdır. Bu yer Həzrət Məhəmmədin (s) meraca getdiyi yerdir (İsra/1).

O əlavə edib: Bura həmin yerdir ki, yəhudilər "Heykəl məbədi"ni burada tikmək istəyirlər. Əqsa məscidi həmin yerdir ki, Allah-Taala Həzrət Musaya (ə) əmr etdi ki, öz qövmi ilə oraya daxil olsun. Maidə surəsinin 21-ci ayəsinə istinadən bura müqəddəs məkandır.  

Sabiq müfti Peyğəmbərin (s) səhabəsi Həzrət Əbuzərin hədisinə işarə edərək vurğulayıb: Əqsa məscidi Məscidul-Həramdan (Kəbə evi) sonra yür üzərində tikilən ikinci müqəddəs məkandır. Hədislərə əsasən müsəlmanlar Məscidul-Həram, Məscidun-Nəbi və Məscidul-Əqsaya ziyarət səfəri etməlidirlər. Çünki bu məscidlərdə namaz qılmağın savabı ikiqatdır.

Müfti əlavə edib: Bu üç məsciddən başqa məscidlərə də səfər etmək icazəlidir. Haram deyil. Çünki məscidləri ziyarət etmək insanların dini görüşlərini, elm və məlumatlarını çoxaldır. /3957149

captcha