IQNA

16:35 - March 26, 2021
Xəbər sayı: 3489510
Yerli mətbuat bildirir ki, ölkə rəhbərliyi həcc mərasimində işləyəcək könüllü və işçilər, həmçinin bütün zəvvarlar üçün məcburi vaksinasiya qaydasını tətbiq etməyi planlaşdırır.

Az.shafaqna.com “Middle East Business Intelligence”-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanında əhalinin “Pfizer” və Oksford-“AstraZeneca” vaksinləri ilə vaksinasiyası davam edir.

Yerli mətbuat bildirir ki, ölkə rəhbərliyi həcc mərasimində işləyəcək könüllü və işçilər, həmçinin bütün zəvvarlar üçün məcburi vaksinasiya qaydasını tətbiq etməyi planlaşdırır.

Yerli və xarici zəvvarlar 2 doza vaksin vurmalıdırlar. Üstəlik yalnız ÜST-ün təsdiq etdiyi peyvəndlər hesaba alınacaq.

Səudiyyə Ərəbistanına gələnlər gəlişdən ən azı 1 həftə öncə vaksinasiya olunmalıdırlar və gəlişdən 72 saat öncəyə aid mənfi test nəticəsi təqdim etməlidirlər.

Həmçinin xarici zəvvarlar üçün ölkəyə gəliş zamanı 72 saatlıq karantinin tətbiqi də istisna edilmir.

Ad:
E-poçt:
* Comment:
* captcha: