IQNA

11:25 - March 27, 2021
Xəbər sayı: 3489513
Tehran (IQNA) - Nigeriya xalqı martın 25-i paytaxt Abucada Şeyx Zəkzəkiyə azadlıq tələb etmək üçün növbəti etiraz aksiyasını keçirib.

Nigeriya xalqı martın 25-i paytaxt Abucada Şeyx Zəkzəkiyə azadlıq tələb etmək üçün növbəti etiraz aksiyasını keçirib.

Deyerler.org İslamicmovement-ə istinadən xəbər verir ki, etirazçılar qanunsuz olaraq həbsdə saxlanılan Nigeriya İslam Hərəkatının lider Şeyx İbrahim Zəkzəkinin azadlığa buraxılması üçün Abucada toplaşıblar.

Utako bazarından başlayan yürüş, Abucada Berger körpüsündə başa çatıb.

Əllərində Şeyx Zəkzəkinin şəkillərini daşıyan etirazçılar Federal Ali Məhkəmənin Şeyx Zəkzəki və xanımı barədə çıxardığı qərarının hökumət tərəfindən hələ də icra edilməməsini qınayıblar.

Teqlər: Nigeriya ، Abuca ، Şeyx Zəkzaki
Ad:
E-poçt:
* Comment:
* captcha: