IQNA

13:27 - March 27, 2021
Xəbər sayı: 3489516
Tehran (IQNA) - Türkiyənin şimal-şəqrində yerləşən Anadolu əyalətinin Qars şəhərindəki qədim və tarixi bir məscidin təmiri və bərpası layihəsi üzrə işlər davam edir.

Tehran (IQNA) - Türkiyənin şimal-şəqrində yerləşən Anadolu əyalətinin Qars şəhərindəki qədim və tarixi bir məscidin təmiri və bərpası layihəsi üzrə işlər davam edir.

"Əbu Mənuçöhr məscidi" adlanan bu qədim və tarixi ibadət ocağının cari ilin sonlarınadək müsəlmanların istifadəsinə verilməsi gözlənilir.

Türkiyənin arxeoloji əsərlərin araşdırılması və inkişafı işləri ilə məşğul olan  "SƏRAHƏT" müəssisəsinin baş katibi İbrahim Taştəmir bu barədə deyib: "Əbu Mənuçöhr məscidi" Anadolu məkanında türklərin inşa etdiyi ən qədim ibadət ocağıdır. Məscidin təmir işləri davam edir və biz ən tez zamanda bu məscidi təmir və bərpa edərək müsəlmanların ibadət etməsi üçün hazır vəziyyətə gətirəcəyik.

O əlavə edib: Biz məscidin ətrafında digər layihələri də həyata keçirmək fikrindəyik. Bunlardan biri məscidin yaxınlığındakı qədim xiyabanı təmir və bərpa edərək turizm mərkəzlərindən birinə çevirəcəyik. Bu layihənin icrası üçün 60 milyon türk lirəsi (7.5 milyon dollar) vəsait tələb olunur.

Qeyd edək ki, qədim və tarixi ibadət məkanı olan "Əbu Mənuçehr məscidi" UNESCO-nin beynəlxalq arxeoloji əsərləri siyahısına salınıb. Bu məscid 1072-1092-ci illərdə Məlikşah Səlcuqinin göstərişi ilə inşa edilmişdir. Tarixi sənədlərə görə məscid Qars şəhərinin Ani regionunun Şəddadilər sülaləsindən olan hakimi Əmir Mənuçehrin adını daşıyır. / iqna

Ad:
E-poçt:
* Comment:
* captcha: