IQNA

Qədr gecələrində gizlənən fürsətlər

7:45 - May 03, 2021
Xəbər sayı: 3489735
Ramazan ayının ziyafəti, Quranın bu ayda nazil olmasına görədir. “Ramazan ayı insanların bələdçisi, aşkar hidayət dəlillərinə malik və ayıran Qur’anın nazil olduğu bir aydır”. (“Bəqərə” 185).

Ramazan ayının ziyafəti, Quranın bu ayda nazil olmasına görədir. “Ramazan ayı insanların bələdçisi, aşkar hidayət dəlillərinə malik və (haqq ilə batili bir-birindən) ayıran Qur’anın nazil olduğu bir aydır”. (“Bəqərə” 185).

Ona görə də deyə bilərik ki, Ramazan ayının kəraməti, şərafəti, bərəkəti bu ayda Quranın nazil olmasına görədir. Bu Qurandır ki, öz nuru ilə Ramazan ayını şərafətli etmişdir.

Ramazan ayının şərafəti misilsizdir. Heç bir ayda insanın nəfəsi təsbih sayılmaz, məgər bu ayda. Heç bir ayda insanın yatması ibadət sayılmaz, məgər bu ayda.

İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq ki, o cavan ki, Quran oxuyar, Quran onun qanı və canı ilə qarışar. Qiyamət günü Quran onu müdafiə edər və onun xeyirinə şəfaət edər.

Bu hədis izah edir ki, cavanlar hər nə qədər Qurana yaxın olsalar, həm dünya və həm də axirət təhlükələrindən amanda qalarlar.

Ramazan ayı Quranın baharı olduğu üçün, onu Qurana yaxın olmağın ən yaxşı fürsəti adlandırmaq olar. Çünki bu ayda ən sevimli əməl – Quran tilavət etmək və onun mənasına diqqət edərək təfəkkür etməkdir. Bu ayda Qurana diqqət etmək o qədər əhəmiyyətli bir işdir ki, bir ayəni oxumaq belə, bir Quran xətm etməyin savabına bərabərdir. Ona görə də harada olursunuzsa-olun, nə zaman vaxt tapırsınızsa – mütləq bu ayda Quran oxuyun və onun haqqında təfəkkür edin ki, çox böyük savablara çatarsınız.

Qarşıdan gələn Qədr gecələrinə hələ indidən özümüzü hazırlayaq. Bilək ki, bu, elə gecədir ki, onun kimisi yoxdur. Bu gecədə mələklər yerə enərlər və Allahın izni ilə bəndələr üçün dua edərlər. Bu gecədə edilən dualar və istiğfarlar qəbul olar. İnsanın Allaha və Məsumlara (ə) ən yaxın olduğu gecə - məhz Qədr gecəsidir. Hər kim Qədr gecəsini dərk edər, Allahı və Məsumları (ə) da dərk edər. Bu gecədə başqaları üçün də dua etməyi unutmayaq. (Beytutə)

Əmirəl-möminin (ə) buyurur: “Ramazan ayında çoxlu dua və istiğfar edin ki, dua bəlanı sizdən uzaq edər və bağışlanma istəmək sizin günahlarınızı pak edər”.

İmam Sadiq (ə) buyurur: “Allah yeri və göyü yaradır, 12 ay təyin edir. O ayların birincisi – Allahın ayıdır. O, Ramazan ayıdır. Ramazan ayının qəlbi – Qədr gecəsidir”. /deyerler

captcha