L. Yaerke qeyd edib ki, hava hücumları nəticəsində 132 bina tamamilə dağıdılıb, 316 bina ciddi zədələnib, onlardan 6-sı xəstəxana, 9-u isə ilkin tibbi yardım məntəqələridir.

“İsrailin hava hücumları nəticəsində Qəzza zolağında təxminən 450 bina dağılıb və ya ciddi şəkildə zədələnib”.
Bunu BMT-nin Humanitar Yardımların Koordinasiyası üzrə Ofisinin sözçüsü Lens Yaerke jurnalistlərə deyib.
Onun sözlərinə görə, təcavüzkar sionist rejimin bu zərbələri nəticəsində evləri dağıdılan 52 mindənçox fələstinli evsiz qalıb.
BMT rəsmisinin sözlərinə görə, köçkünlərin təqribən 47 mini Qəzzadakı təşkilata məxsus 58 məktəbdə sığınacaq alıb.
L. Yaerke qeyd edib ki, hava hücumları nəticəsində 132 bina tamamilə dağıdılıb, 316 bina ciddi zədələnib, onlardan 6-sı xəstəxana, 9-u isə ilkin tibbi yardım məntəqələridir.
BMT-nin Humanitar Yardımların Koordinasiyası üzrə Ofisinin sözçüsü vurğulayıb ki, İsrailin Qəzzaya humanitar yardım üçün bir sərhəd-keçid məntəqəsini açması müsbət qarşılanıb, ancaq əlavə bir keçid məntəqəsidə açılmalıdır.