IQNA

Müsəlmanlar Hindistanda başqa məscidlərin də dağıdılacağından narahatdır

15:29 - May 22, 2021
Xəbər sayı: 3489877
Hindistanın Uttar-Pradeş ştatının rəhbərliyinin qanunsuz şəkildə məscidi sökməsindən sonra müsəlman icması bu halların təkrarlanacağından narahatdır.

Hindistanın Uttar-Pradeş ştatının rəhbərliyinin qanunsuz şəkildə məscidi sökməsindən sonra müsəlman icması bu halların təkrarlanacağından narahatdır.

Ram Sanehu Qhat şəhərində 112 illik məscidin sökülməsi müsəlmanlara qarşı 1992-ci ildə Ayodhya şəhərində induist bandası tərəfindən 16-cı əsrə aid məscidin sökülməsindən sonra ən təxribatcıl addımlardan biridir.

“Bu, insanların uzun illər ərzində ibadət etdiyi məscid idi və onun sökülməsi insanlar arasında sarsıntıya səbəb oldu”, – deyə son sökülən məscidin rəsmilərindən biri Məhəmməd Nəsim bildirib. / Şəfəqna

captcha