İsrail qüvvələrinin Qəzza sektorunu bombalaması və İordan çayının Qərb sahilindəki zorakılıqları nəticəsində bu ay 170 jurnalist xəsarət alıb.
Bu barədə Fələstinli Jurnalistlər Həmkarlar İttifaqının (FJHİ) başçısı Nasir Əbu Bəkir məlumat verib.
Onun sözlərinə görə, təkcə ilkin məlumatlara əsasən, İsrail qüvvələrinin Fələstinə hücumları nəticəsində tam və ya qismən media strukturun 33 ofisi dağılıb.
70 jurnalist Qəzzada, 100 jurnalist isə Qərb sahilində xəsarət alıb.
Həmçinin 19 mayda Qəzzanın qərb hissəsindəki İsrail bombarbmanı nəticəsində 1 jurnalist – Yusif Əbu Hüseyn şəhid olub.
FJHİ beynəlxalq təşkilatlarla birlikdə İsraili bu və digər cinayətlərinə görə Beynəlxalq Cinayət Məhkəməsinə verməyə hazırlaşır. /AA