IQNA

Qəzzada yarasız hala düşən xəstəxana və klinikaların sayı açıqlandı

11:21 - May 23, 2021
Xəbər sayı: 3489887
Dünya Səhiyyə Təşkilatı İsrailin Qəzza zolağına 11 gün davam edən hücumları zamanı ziyan dəyən xəstəxana və tibb məntəqələri barəsində məlumat yayıb.

Dünya Səhiyyə Təşkilatı İsrailin Qəzza zolağına 11 gün davam edən hücumları zamanı ziyan dəyən xəstəxana və tibb məntəqələri barəsində məlumat yayıb.  

Məlumatda vurğulanır ki, edilən hücumlar zamanı ümumilikdə 30 xəstəxana və tibb məntəqəsi tamamilə dağıdılaraq, yarasız hala salınıb.  

"Sadəcə bir klinika tamamilə yerlə-yeksan edilib. Qəzzada mövcud tibbi yardım işçilərinin sayı da hücumlar səbəbilə azalıb", - deyə Dünya Səhiyyə Təşkilatı yaydığı yazılı açıqlamada bildirib.  

Xatırladaq ki, İsrailin hücumları zamanı koronavirus xəstələrinin müalicə olunduğu xüsusi klinika da hədəfə alınaraq, yararsız hala salınmışdı. / Palinfo

captcha