IQNA

11:26 - May 24, 2021
Xəbər sayı: 3489894
BƏƏ-nin Jarcə əmirliyinin Kalba şəhərinin ümumi kitabxanasında Qurani-Kərim qədim və nadir əlyazma nüsxələrinin sərgisi keçirilir. Sərgidə İslamın müxtəlif dövlərinə aid nüsxələr nümayiş olunur.

BƏƏ-nin Jarcə əmirliyinin Kalba şəhərinin ümumi kitabxanasında Qurani-Kərim qədim və nadir əlyazma nüsxələrinin sərgisi keçirilir.

Sərgidə Qurani-Kərimin qırx qədim və nadir əlyazma nüsxəsi nümayiş edilir ki, bu nüsxələrdə İslamın müxtəlif dövrlərində, xüsusilə də Omsanlı imperiyası zamanında yazılmış nüsxələrdə istifadə edilən incəsənət incəlikləri və kitabət növləri nəzərə çarpır.

Həmçinin sərginin haşiyəsində Qurani-Kərimin qədim əlyazma nüsxələr üslubunda kitabət edilməsi təlim kursu da fəaliyyət göstərir.

Qeyd edək ki, bu nüsxələr BƏƏ-nin məşhur hüsnxətt ustadı Əli əl-Həmmadinin şəxsi kitabxanasına məxsusdur.

O bildirib ki, hamı bu sərgidə nadir Quran nüsxələrini nümayiş etdirə bilər. Sərginin hədəfi İslami və mədəni irsin qorunmasının əhəmiyyətini göstərmək və müasir nəslə çatdırmaqdır. Çünki qədim əlyazma nüsxələr İslam tarixinin işıqlı cilvəsidir. Bu işıqlı və aydın irsi qorumaq və öyrətmək çox əhəmiyyətlidir. / iqna

Ad:
E-poçt:
* Comment:
* captcha: