IQNA

Çin peyvəndi vurduranlar həccə gedə bilməyəcək - İddia

7:59 - May 29, 2021
Xəbər sayı: 3489931
Səudiyyə Ərəbistanının həcc ziyarətinə gələnlərin ölkəyə girişi üçün etibarlı sayılacaq vaksinlərin siyahısını açıqladığı və siyahıda Çin peyvəndinin olmadığı iddia edilib.

Səudiyyə Ərəbistanının həcc ziyarətinə gələnlərin ölkəyə girişi üçün etibarlı sayılacaq vaksinlərin siyahısını açıqladığı və siyahıda Çin peyvəndinin olmadığı iddia edilib.  

"Sinovac" tərəfindən hazırlanan "CoronaVac"la peyvənd olunan pakistanlıların Səudiyyə Ərəbistanına girişinə icazə verilmədiyi qeyd edilib.  

Səudiyyə Ərəbistanı hökumətinin Çin peyvəndi vurulan pakistanlıların ölkəyə qəbul edilməməsindən sonra ölkəyə daxil olmaq üçün tövsiyə olunan peyvəndlərin siyahısını açıqladığı bildirilib.  

"Pfizer", "Oxford", "Moderna" və "Johnson & Johnson" peyvəndləri siyahıda olmasına baxmayaraq, Çin peyvəndi "CoronaVac" siyahıya daxil edilməyib.  

Pakistan Xarici İşlər Nazirliyinin Səudiyyə Ərəbistanı hökumətindən "Sinofarm" və "Sinovac" da daxil olmaqla, Çin peyvəndlərinin təsdiqlənmiş peyvənd siyahısına qeyd edilməsini tələb etdiyi qeyd olunub. 

Teqlər: həcc ، Ümrə ، koronavirus ، vaksin
captcha