IQNA

Məşədi Dadaş məscidi 10 iyunda açılmayacaq

17:31 - June 05, 2021
Xəbər sayı: 3489990
Bunu Məşədi Dadaş məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli bu gün online yayımlanan cümə xütbəsi zamanı bildirib.

Bakının Məşədi Dadaş məscidində təmir getdiyinə görə iyun ayının 10-da açılmayacaq.

Bunu Məşədi Dadaş məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli bu gün online yayımlanan cümə xütbəsi zamanı bildirib.

Hacı Şahin Həsənli xütbəsindən öncə deyib: “Məlum olduğu kimi bu ayın, yəni iyun ayının 10-dan məscidlər məhdud sayda insanın iştirakı ilə ibadətə açılacaq. Bir məsələni diqqətə çatdırmaq istəyirəm ki, biz məsciddə pandemiya dövründə əsaslı təmir işlərinə başlamışdıq.

Bu gün də, təmir davam edir. Dəstəmazxana böyüdülüb (həm kişi, həm qadın), arxadakı otaqlar genişləndirilib, hal hazırda da təmir məscidin içində davam edir, indi də məsciddə təmir gedir.

Ona görə də, hamının diqqətinə çatdırıram ki, məsciddə təmirin getməsilə əlaqədar olaraq, yəqinki ayın 10-na qədər təmiri bitirib çatdıra bilməyəcəyik, bundan sonra da təmir davam etməlidir.

Məscid həmin müddətdə ibadətə açılmayacaq. Cümə günləri də online qaydada davam edəcək. Sonra bu  məsələ ilə bağlı əlavə məlumat verərik. Yəni halhazırda burada məhdud sayda da ibadət etməyə şəraiti olmayacaq, çünki məscidin içində təmir davam edir, ona görə də, bir qədər zaman aparacaq.”

Qeyd edək ki, iyun ayının 10-da 50 nəfərin ibadət etmə və vaksin pasportuna sahib olma şərtilə Azərbaycanda məscidlər ibadətə açılacaq.

captcha