IQNA

Məşədi Dadaş məscidinə din xadimi təyin olunacaq

14:44 - April 14, 2023
Xəbər sayı: 3494014
Yaxın vaxtlarda Məşədi Dadaş məscidinə din xadimi təyinatı olacaq.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) “Az.shafaqna.com”-a istinadla xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

“Təyinat üçün adətən vəfat edən şəxsin 40 məclisinin olmağı gözlənilir. Artıq 40 mərasimi olub. Məsələ yekunlaşmaq üzrədir. Yaxın vaxtlarda məscidə din xadimi təyinatı olacaq”, – deyə o bildirib.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi, “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin təsisçisi və sədri azərbaycanlı ilahiyyatçı-din xadimi, ictimai xadim Hacı Şahin Həsənli martın 2-də ürəktutmasından vəfat edib.

captcha