IQNA

23:57 - June 20, 2021
Xəbər sayı: 3490107
Vəhabi şeyxlərinin himayədarı olan Səudiyyə Ərəbistanı dövlətinin yetişdirdiyi və Amerikada təhsil alan siyasətçi yazar Türki əl-Həmd artıq neçənci dəfədir ki, İslam Peyğəmbərini (s) təhqir edir.

Vəhabi şeyxlərinin himayədarı olan Səudiyyə Ərəbistanı dövlətinin yetişdirdiyi və Amerikada təhsil alan siyasətçi yazar Türki əl-Həmd artıq neçənci dəfədir ki, İslam Peyğəmbərini (s) təhqir edir.

Onun bu həyasızcasına rəftarı sosial şəbəkə istifadəçilərini hiddətləndirib və onlar "türki əl-həmd Peyğəmbəri (s) təhqir edir" həştağı ilə ona qarşı etiraz kampaniyasına başlayıblar.

Məlun yazar Türki əl-Həmd öz sosial hesabında yazıb: Həm biz və həm onların yaxşı cəhətləri var... Görəsən bizim aramızda hər Cümə yəhudiləri nifrin etməyən və lənətləməyən bir kəs var? Bizim aramızda yəhudilərə meymunların və donuzların nəvələri deməyən varmı? Bizim aramızda yəhudilərin Qiyamət gününədək məlun olduğunu deyən yoxdurmu? Nifrət nifrətdən başqa bir şey vücuda gətirmir! Fərq etmir ki, ərəb olsun, ya yəhudi. Yer hamı üçün genişdir".

Ərəb sosial şəbəkə istifadəçiləri Türkinin bu yazısını İslama və İslam Peyğəmbərinə (s) hörmətsizlik və təhqir kimi qiymətləndirib və buna etiraz edib və Səudiyyə hakimiyyətindən Türkinin cəzalandırılmasını tələb ediblər.

Sosial şəbəkə istifadəçiləri Türkinin təkcə keçən ay ərzində əlini 64 uşaq və 100 qadının qanına bulamış və bir ölkəni tamamilə talamış bir rejimi paka çıxarmaq cəhdini qınayaraq onun yazdıqlarının müsəlmanlara böhtan olduğunu və heç də müsəlmanların bütün yəhudilərə düşmən olmadıqlarını önə çəkiblərlər və yəhudiləri Quranın vəsf etdiyindən artıq bir sifətlə vəsf etmədiklərini vurğulayıblar.

Türki əl-Həmdi kimdir?

O, Səudiyyənin tanınmış siyasətçisi, universitetit müəllimi, dastan və hekayə yazarıdır. Ömrünün ilk illərində Ərəbistanın Dəmdam şəhərində yaşayıb. Gənclik illərində Ərəbistanın "bəəs" partiyasına qoşulub. Universitetdə oxuyarkən Səudiyyənin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və bir il neçə aydan sonra azadlığa çıxıb. Daha sonra təhsilini Amerikada başa vurub. Bundan sonra isə Səudiyyə dövlət universitetində siyasi elmlər tədris edib. Hazırda təqaüdçüdür və yazarlıq edir.

Onun İslamı müqəddəsləri təhqir etməsi ilk dəfə deyil. Bundan öncə də 2012-ci ildə İslam Peyğəmbərini (s) bir yazıda təhqir etmiş və buna görə həbs olunmuşdu.  / iqna

Ad:
E-poçt:
* Comment:
* captcha: