IQNA

Həsən Nəsrullah ABŞ-ın saytları dondurmasından danışdı

15:48 - June 26, 2021
Xəbər sayı: 3490151
HİZBULLAH-ın baş katibi Seyid Həsən Nəsrullah "Bu qərar bir daha Vaşinqtonun fərqli hökumətlərinin ifadə azadlığının tərəfdarı olması iddialarının yalan olduğunu təkrar göstərdi", - söyləyib.

Seyid Həsən Nəsrullahın 25 iyun tarixində çıxış edərək Livandakı və bölgədəki ən əhəmiyyətli prosesləri nəzərdən keçirərək, ABŞ-ın Livanda fitnə salmağa çalışdığını vurğulayıb.

Seyid Həsən Nəsrullah çıxışının əvvəlində bunları deyib: “ABŞ-ın blokladığı saytlar və media qurumları Fələstinlə həmrəylikdə mühüm rol oynayır və ABŞ-ın hökmranlığı, fitnə və təkfirçilərinə qarşı dayanırdılar.

ABŞ-ın bu saytları bloklamaq qərarı, ABŞ hökumətlərinin demokratiya və fikir azadlığı ilə bağlı iddialarının yalan olduğunu ifşa edir”.

Çıxışın başqa bir hissəsində Seyid Həsən Nəsrullah, ABŞ-ın Livan ordusuna dəstək iddialarına toxunaraq, bunları deyib: “ABŞ-ın Livan ordusunu Hizbullahla üz-üzə qoymaq üçün dəstəkləməsi fitnəyə təhrik etmək cəhdidir.

Həmişə Livan ordusunun silahlanmasını və dəstəklənməsini təqdir etdik və dost ölkələrlə orduya kömək etmələri üçün çalışdıq.

Ordunun güclənməsini dəstəkləyirik və bununla bağlı şübhəmiz yoxdur. Ordunu gücləndirən tərəf ABŞ olsa da, ... ABŞ-dan Livan xalqını bir-birinə qarşı təhrik edən açıq ictimai təxribatlarla qarşılaşırıq.

Livan ordusunun gücləndirilməsini istənilən səviyyədə əngəlləyən və bölgə ölkələrindən real yardımın ona çatmasına imkan verməyən ABŞ-dır.

Livan ordusu Livanın təhlükəsizliyinin, sabitliyinin və birliyinin əsl qarantıdır. Mədəniyyətimizdə ordu - Livan gücünün qızıl bərabərliyinin vacib hissəsidir, yəni ordu, xalq və müqavimət. ABŞ hökuməti Livan ordusunun İsrail rejimi ilə üzləşmək üçün həqiqi və ciddi vəziyyətdə olmasından narahatdır”.

Seyid Həsən Nəsrullah daha sonra Livandakı siyasi mühitdə hökm sürən atmosferə də toxunaraq bunları deyib: “Livanda bəziləri hər hadisədən başqalarının nüfuzuna xələl gətirmək və siyasi hesabları həll etmək üçün istifadə edirlər.

Livan kabinetinə gəldikdə, bəzi şərhçilər hələ də kabinet qurmadıqları üçün İranı və Hizbullahı ittiham etməkdə israrlıdırlar. Bizi yeni kabinetin meydana gəlməsinin qarşısını almaqda ittiham etmək böhtan və zülmdür.

Limanın partlayışı və Həsən Diab hökumətinin qarşılaşdığı şərtlərdən sonra hamı onun istefasının əleyhinə olduğumuzu bilir. İstefasından sonra ən qısa müddətdə kabinet qurulmasını tələb etdik ... İçəridəki hər kəs kabinet qurmaq və ölkəni bu böhrandan çıxarmaq üçün çalışmalıdır”.

Seyid Həsən Nəsrullah İran İslam Respublikasının regional və beynəlxalq danışıqları barədə də danışıb: “Vyanada danışıqlar İranın nüvə proqramı məsələsi xaricində hər hansı bir müzakirəni əhatə etmir və İran ABŞ-ın danışıqlara başqa maddələr əlavə etmək istəyini rədd etdi.

İran və Səudiyyə rejimi arasında bütün danışıqlarda əsas diqqət ikitərəfli əlaqələrə yönəldilir və Livan məsələsi ilə bağlı heç bir söhbət yoxdur, İran heç kimin adından danışıqlar aparmır, Livan, Suriya, Fələstin və ya Yəmən adından danışıqlar aparmır, lakin tələb edildikdə hər zaman dostlarına kömək etməyə hazırdır.

Livan kənardan bir kömək gözləməməli, bu çıxılmaz vəziyyətdən çıxmaq üçün əlindən gələni etməlidir. Hökuməti qurma məsuliyyəti Səəd Əl-Həririyə həvalə olunduğu andan etibarən bu şəkildə kömək etmək üçün əlimizdən gələni etdik və Nəbih Bərrinin təklifini də dəstəklədik”. /iqna

captcha