IQNA

Türkiyənin İraqdakı yeni səfiri İmam Əlinin (ə) hərəmini ziyarət etdi

11:10 - July 01, 2021
Xəbər sayı: 3490185
Türkiyənin İraqdakı yeni səfiri Əli Rıza Güney səfir vəzifəsinə başladıqdan sonra, türk diplomat olaraq İmam Əlinin (ə) müqəddəs hərəmini ziyarət edib.

Türkiyənin İraqdakı yeni səfiri Əli Rıza Güney səfir vəzifəsinə başladıqdan sonra, türk diplomat olaraq İmam Əlinin (ə) müqəddəs hərəmini ziyarət edib.

İmam Əlinin (ə) müqəddəs ziyarətgahının İctimaiyyətlə Əlaqələr şöbəsinin rəsmisi Əli Əl-Əmiri Türkiyə səfiri və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.

Səfirə hərəmin tarixi və arxeoloji yerləri, eləcə də müqəddəs məbəd barədə ətraflı məlumatlar verilib.

Səfir Ali Rıza Güney buradakı səmimi qarşılama və səxavətli qonaqpərvərliklərə görə, minnətdarlığını bildirərək, İmam Əlinin (ə) müqəddəs ziyarətgahını ziyarət etməkdən şərəf duyduğunu söyləyib. /imamali.net

Ad:
E-poçt:
* Comment:
* :