IQNA

İtaliyada İslamofobiya ilə mübarizə şəbəkəsi yaradılır

16:56 - July 03, 2021
Xəbər sayı: 3490201
İtaliya İslami Təşkilatlar və Cəmiyyətlər Birliyi (UCOII) bu ölkədə İslamofobiya dalğası ilə mübarizə üçün informasiya şəbəkəsi yaratmaq qərarına gəlib.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Arab News"a istinadla verdiyi xəbərə görə, İtaliya İslami Təşkilatlar və Cəmiyyətlər Birliyi (UCOII) bu ölkədə İslamofobiya dalğası ilə mübarizə üçün informasiya şəbəkəsi yaratmaq qərarına gəlib.

İtaliya İslami Təşkilatlar və Cəmiyyətlər Birliyi (UCOII) qarşıua qoyulan bu hədəfə çatmaq üçün "İtaliyada İslamofobiya ilə mübarizə şəbəkəsinə dəstək fondu"nu təsis edib.

İtaliyada İslamofobiya ilə mübarizə şəbəkəsi müsəlmanların əleyhinə fəaliyyət göstərən sağçı radikallara qarşı savaşmaq üçün onlayn portal yaradacaq.

İslamofobiya ilə mübarizə üzrə ixtisaslaşdırılmış şəxslər bu portalda çalışacaqlar. Onlar ölkənin müxtəlif yerlərindən gələn islamofobiya məlumatlarını toplayacaq və bu yöndə tədbir görəcəklər.

Bundan əlavə İtaliyada İslamofobiya ilə mübarizə şəbəkəsi insanlara islamofoblarla mübarizə yollarını da öyrədəcək.

İtaliya İslami Təşkilatlar və Cəmiyyətlər Birliyinin (UCOII) verdiyi hesabata görə bu ölkədə yaşayan müsəlmanların 65 faizi zorakılıq, irqi və dini təəssübkeşlik və ayrıseçkiliyə məruz qalırlar.

Bu hesabata görə, islamofobların əsas qurbanaları qadınlardır. Hicab bağlayan müsəlman qadınlara fiziki hücumlar daha çox olur, onlara qarşı media və cəmiyyətdə kobud rəftarlar müşahidə edilir. Buna görə də müsəlman qadınlar ictimai yerlərə çıxmaqda problemlərlə üzləşirlər. /iqna

Ad:
E-poçt:
* Comment:
* :