IQNA

İslamofob kişi öz qazdığı quyuya özü düşdü

10:20 - July 04, 2021
Xəbər sayı: 3490204
ABŞ-da ksenofobiya zəminində müsəlman ailəyə qarşı vandalizm aktı törətmiş şəxs həbs edilib. 58 yaşlı Riki Uviç irqi və dini zəmində təqib və qorxutmaya görə tutulub.

ABŞ-da ksenofobiya zəminində müsəlman ailəyə qarşı vandalizm aktı törətmiş şəxs həbs edilib.

58 yaşlı Riki Uviç irqi və dini zəmində təqib və qorxutmaya görə tutulub.

Belə ki, 21 iyunda Uviç polisə zəng vuraraq deyib ki, qonşu evdəki ailə “daim onu narahat edir” və müsəlman qonşularından xoşu gəlmir.

Polis müsəlman ailə ilə əlaqə saxlayaraq öyrənib ki, Uviç yanvar ayından onlara problemlər yaşatmağa başlayıb – islamofob kişi müsəlman qonşularına qəribə məzmunlu çox sayda məktublar yazıb, onların ünvanına əsassız ittihamlar səsləndirib.

Bundan başqa, müsəlman ailə polisə Uviçin islamofob xarakterini göstərən videoyazını da göstəriblər. Həmin görüntülərdə Uviç müsəlman ailənin evinin qapısının tutacağına donuz əti qırıntıları qoyur. Bu hadisədən sonra belə müsəlman ailə polisə şikayət etməyib və islamofob qonşu ilə ortaq dil tapacağına ümid edib, lakin bu, qeyri-mümkün olub.

Beləliklə də, Uviçinin özünün çağırışı əsasında gələn polis bu faktlardan sonra onun üzünü tutub. Uviç islamofobiya zəminindəki bir neçə cinayətdə şübhəli bilinərək həbs edilib. / reviewjournal

Teqlər: islamofobiya ، irqçilik
Ad:
E-poçt:
* Comment:
* :